28 yanvar 2026 09:55
112

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik

Dəhliz və ölkələr arasında digər münasibətlər inkişaf etdikcə, ABŞ ilə Azərbaycan və Ermənistan arasında davamlı etimadın artdığını görəcəyik.

“İki sahil” xəbər verir ki, bu sözləri Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib. O, TRIPP layihəsi ilə bağlı imzalanmış çərçivə sənədinin çox böyük əhəmiyyət kəsb etdiyini və bir sıra növbəti addımları müəyyən etdiyini bildirib.

“Son bir neçə ayda region ölkələri arasında gömrük, enerji və qida baxımından əməkdaşlığın gücləndiyini gördük ki, bu da paytaxtlarda bir-biri ilə əlaqə qurmaq istəyinin artdığını göstərir. TRIPP layihəsi göstərir ki, Vaşinqton uzun müddətdir davam edən bu problem üzərində işləmək və həll yolunu tapmağa kömək etmək üçün davamlı öhdəlik və iştiraka malikdir. Mən qarşıdakı ilə çox nikbin baxıram. Düşünürəm ki, biz bəzi yaradıcı həllərə şahid olacağıq”, - deyə ekspert əlavə edib.