27 yanvar 2026 23:43
102

Rusiya PUA-ları Xarkovda qatarı vurub, ölənlər və yaralananlar var

Rusiya pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Xarkov vilayətində, Yazıkovo kəndi yaxınlığında Barvenkovo–Xarkov-Çop sərnişin qatarına zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

Qatarın içində 155-dən çox sərnişin olub. Axşam saatlarına olan məlumata görə, üç nəfər həlak olub.

Bir kişi və bir qadın tibbi yardıma müraciət ediblər.

Prokurorluğun bildirdiyinə görə, qatarın yaxınlığında iki zərbə qeydə alınıb, daha biri isə vaqona düşüb və nəticədə yanğın baş verib.