Amerikalı biznesmen İlon Mask Telegram-ın qurucusu Pavel Durovun WhatsApp messencerinin təhlükəsiz olmaması ilə bağlı açıqlamasına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, İlon Mask "X" sosial şəbəkə hesabında Pavel Durovun paylaşımına cavab olaraq “Doğrudur” yazıb.
Durov bir gün əvvəl WhatsApp-ın kiberhücumlara qarşı həssas olduğunu bildirmiş, 2026-cı ildə bu messencerin təhlükəsizliyinə inananları isə “ağılsız” adlandırmışdı.