27 yanvar 2026 16:14
188

Zelenski Odessaya hücumlardan sonra BƏYANAT VERDİ

Ukrayna dövlət başçısı Vladimir Zelenski Odessaya hücumlardan sonra bəyanat yayıb.

“İki sahil” xəbər verir ki,  o, bu barədə Telegram səhifəsində məlumat yayıb.

O, bildirib ki, gecə hücumları nəticəsində Odessada regionun enerji sisteminə ciddi ziyan dəyib:  “Zərər böyükdür. Avadanlığı işlək vəziyyətə gətirmək üçün uzun müddətli təmir tələb olunacaq”.

Əvvəlcə Odessanın bir hissəsində elektrik enerjisinin kəsildiyi xəbər verilmişdi.

Ukraynalı enerji holdinqi DTEK Odessadakı obyektlərində ciddi dağıntılar olduğunu açıqlayıb.