Misli Premyer Liqasının 17-ci turunda “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib.
“İki sahil” yazır ki, yarışın 13-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Hayderson Hurtado hesabı açıb. O, 61-ci dəqiqədə topu öz qapısından keçirərək “Sumqayıt”ın bərabərlik qolunun müəllifi olub – 1-1.
69-cu dəqiqədə fərqlənən Rəhim Sadıxov “Turan Tovuz”u yenidən hesabda önə çıxarıb.
Yarış bu hesabla da başa çatıb - 2-1.
Misli Premyer Liqası,
17-ci tur
25 yanvar (bazar)
16:00. “Turan Tovuz” 2-1 “Sumqayıt”
Qollar: Hayderson Hurtado, 13 (1-0), Hayderson Hurtado, 61-avtoqol (1-1), Rəhim Sadıxov, 69 (2-1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”