Böyük Britaniya Parlamentinin Lordlar Palatası 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya qadağa qoyulmasını dəstəkləyib.
“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, bununla belə, qərar növbəti mərhələdə İcmalar Palatası tərəfindən ləğv oluna bilər.
Lordlar Palatasının üzvləri 16 yaşdan aşağıların sosial media platformalarından istifadəsinin qadağan edilməsinin lehinə səs veriblər. Təklif Mühafizəkarlar Partiyasından olan sabiq təhsil naziri Lord Neş tərəfindən irəli sürülüb. Dəyişikliyə əsasən, qanun qəbul edildikdən sonra 12 ay ərzində hökumət sosial media platformalarının “yüksək effektiv” yaş yoxlama mexanizmlərindən istifadə etməsini təmin etməlidir ki, 16 yaşdan aşağı istifadəçilər qeydiyyatdan keçə bilməsinlər. Sənəddə həmçinin, valideynlər üçün uşaqların müxtəlif yaş dövrlərində sosial mediadan istifadəsi ilə bağlı rəsmi tövsiyələrin dərc edilməsi tələbi də yer alır.
Lordlar Palatasının qadağanı dəstəkləməsindən sonra hökumətin İcmalar Palatasında bu qərarı ləğv etmək imkanı var. Lakin bu addım siyasi baxımdan çətin ola bilər, çünki Leyboristlər Partiyasından olan bir çox deputat qadağanı dəstəkləyir.
Xatırladaq ki, hökumət bu həftənin əvvəlində 16 yaşdan aşağılar üçün sosial mediaya qadağa, eləcə də sosial mediadan istifadə saatlarına məhdudiyyətlər və “doomscrolling”in qarşısının alınması kimi alternativ tədbirlərlə bağlı məsləhətləşmələrə başlayıb.
“Doomscrolling” sosial mediada davamlı şəkildə mənfi xəbər və paylaşımların izlənilməsi deməkdir. Hökumət əvvəlcə belə tam qadağaya qarşı idi, lakin mümkün səsvermə fonunda mövqeyini yumşaldıb. Buna baxmayaraq, Lord Neş məsləhətləşmələrin prosesi uzatmaqdan başqa bir şey olmadığını deyərək, qadağa üçün sübutların yetərli və inandırıcı olduğunu bildirib.
MERCOSUR sazişinə qarşı aksiyalarda etirazçılarla polis arasında toqquşma baş verib
ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək
Rusiya dondurulmuş aktivlərindən "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır