UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşı futbolçusu bəlli olub.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.
O, matçda 2 qol vuraraq təmsilçimizin qələbə qazanmasında əsas memarlardan olub.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.