21 yanvar 2026 23:49
119

Vinisius ÇL-nin tarixində düşdü

"Real Madrid"in hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasında braziliyalı bombardirlər arasında ikinci yeri tutub.

“İki sahil” championat.com-a istinadən xəbər verir ki, bu, 25 yaşlı forvardın turnirin 7-ci turunun "Real Madrid" - "Monako" matçında (6:1) fərqlənməsindən sonra baş verib.

Həmin qol Vinisiusun Çempionlar Liqasında 30-cu qolu olub və ona hesabında eyni sayda qol olan Kaka ilə bərabərləşmək imkanı verib.

Bu göstərici üzrə lider 43 qol vurmuş Neymardır.