Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın təqvimində mühüm dəyişiklik edib. Qərar A milli komandanın Dünya Çempionatının pley-off mərhələsindəki həlledici oyunları ilə əlaqədar qəbul olunub.
“İki sahil” xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb. Beləliklə, "ay-ulduzlular"ın 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmaq yolundakı kritik matçlarına daha yaxşı hazırlaşması üçün 27-ci turun oyunları irəli çəkilib.
Rəsmi açıqlamaya əsasən, milli komandanın mart ayında keçirəcəyi və DÇ-2026-ya vəsiqə baxımdan həyati əhəmiyyət daşıyan pley-off oyunlarından öncə, "Trendyol Super Liqa"nın Mehmet Ali Yılmaz mövsümünün 27-ci tur matçlarının (əvvəlki tarix: 20-22 mart) 17, 18 və 19 mart tarixlərində keçirilməsi qərara alınıb.
Federasiya avrokuboklarda mübarizə aparan klublarla bağlı istisnaları da qeyd edib. Əgər Türkiyə təmsilçiləri Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanarlarsa, həmin klubların 27-ci turdakı oyunları qeyri-müəyyən müddətə təxirə salınacaq.
Dəyişiklikdən sonra qarşıdakı iki turun təqvimi aşağıdakı kimi formalaşıb:
26-cı tur (13-14-15 mart)
“Kocaelispor” - “Konyaspor”
“Gənclərbirliyi” - “Beşiktaş”
“Göztəpə” - “Alanyaspor”
“Qalatasaray” - “Başakşəhər”
“Antalyaspor” - “Qaziantep FK”
“Trabzonspor” - “Rizəspor”
“Samsunspor” - “Kayserispor”
“Kasımpaşa” - “Eyüpspor”
“Karagümrük” - “Fənərbaxça”
27-ci tur (17-18-19 mart)
“Göztəpə” - “Qalatasaray”
“Beşiktaş” - “Kasımpaşa”
“Başakşəhər” - “Antalyaspor”
“Eyüpspor” - “Trabzonspor”
“Kayserispor” - “Karagümrük”
“Fənərbaxça” - “Qaziantep FK”
“Konyaspor” - “Gənclərbirliyi”
“Alanyaspor” - “Kocaelispor”
“Rizespor” - “Samsunspor”