21 yanvar 2026 00:43
113

ÇL: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” (Almaniya) ölkəmizə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.