18 yanvar 2026 01:28
115

Starmer: Trampın rüsumların tətbiqi ilə bağlı qərarı tamamilə yanlışdır

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir.

“İki sahil”in "Sky News"a istinadən məlumatına görə, Starmer bu barədə Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla, səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Qrenlandiya ilə bağlı mövqeyimiz tamamilə aydındır: ada Danimarka Krallığının bir hissəsidir və onun gələcəyi qrenlandiyalıların və danimarkalıların işidir. Biz həmçinin açıq şəkildə bildirmişik ki, Arktikada təhlükəsizlik bütün NATO üçün vacibdir və müttəfiqlər Arktikanın müxtəlif hissələrində Rusiyadan gələn təhlükəyə qarşı birlikdə mübarizə aparmalıdırlar", – deyə Starmer bəyan edib.

O həmçinin Trampın rüsumların tətbiqi ilə bağlı qərarını "tamamilə yanlış" adlandırıb.

"Biz, əlbəttə ki, bu məsələni birbaşa ABŞ administrasiyası ilə müzakirə edəcəyik", – deyə Starmer fikrini tamamlayıb.