17 yanvar 2026 19:03
125

"Fənərbaxça" itki ilə üzləşib

İstanbul klubu Türkiyə Superliqasının növbəti turundan öncə itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki, "Fənərbaxça"nın polşalı yarımmüdafiəçisi Sebastian Şimanski "Alanyaspor"la qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Buna futbolçunun qasıq nahiyəsində hiss etdiyi ağrılar səbəb olub.

Klubdan verilən məlumata görə, məşqçilər korpusu ehtiyat tədbiri kimi oyunçunu riskə atmamaq qərarına gəlib. Bildirilir ki, Şimanski ağrılar səbəbindən komandanın bugünkü məşqində də iştirak etməyib.

Artıq heyətdən kənarlaşdırılan futbolçunun müalicəsinə başlanılıb və durumu həkimlər tərəfindən yaxından izlənilir.