17 yanvar 2026 13:20
188

U-21 millimiz növbəti yoxlama oyununa çıxır

Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq.

"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.