SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naxçıvan Muxtar Respublikasında baş tutub.
“İki sahil” xəbər verir ki, Birlik rəhbəri Ordubad, Babək, Şahbuz rayonlarından və Naxçıvan şəhərindən üz tutan 15 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, iş yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izah verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb