16 yanvar 2026 13:53
179

Əziz Sancardan böyük uğur: xərçəngin sonu gəlir?

Nobel mükafatlı biokimyaçı Əziz Sancar və komandası siçanlar üzərində apardıqları inqilabi bir təcrübə nəticəsində aqressiv və ölümcül beyin xərçəngi növlərindən biri olan glioblastomanı tamamilə yox etməyə nail olublar. 

“İki sahil” xəbər verir ki, Sancar rəhbərliyində aparılan araşdırma tibb dünyasında böyük əks-səda doğurub və xüsusilə glioblastomanın müalicəsində inqilabi inkişaf kimi qiymətləndirilir.

“Sancar Laboratoriyası”nda siçanlar üzərində aparılan bu uğurlu müalicədən sonra xərçəngin tam aradan qaldırıldığı və sağqalma göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunub. Tədqiqatda “EdU” adlı kimyəvi maddə ilə “Temozolomid” (TMZ) adlı kimyaterapiya dərmanının kombinasiyası tətbiq edilib. Bu yanaşma xərçəng hüceyrələrinin məhv edilməsini təmin edərkən, sağlam beyin toxumasına zərər verməyib.

Bununla belə, əldə olunan ümidverici nəticələrə baxmayaraq, Əziz Sancar hələ görüləcək çox iş olduğunu bildirib və müalicənin insanlar üzərində tətbiq oluna bilməsi üçün Amerika Sağlamlıq İnstitutundan rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb. Araşdırma xərçəng müalicəsinə dair yeni bir ümid işığı kimi dəyərləndirilir. Klinik sınaqların başlanması tibb ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.