16 yanvar 2026 07:29
142

Netanyahu Trampdan İrana hücumu təxirə salmağı xahiş edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan İrana hücum planlarını təxirə salmağı xahiş edib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələr "The New York Times" (NYT) qəzetinə bildiriblər.

Mənbələrin məlumatına görə, Netanyahu ABŞ Prezidenti ilə 14 yanvarda danışıb. Qəzet güman edir ki, Trampın həmin gün İranda gərginliyin azaldılması ilə bağlı çox vacib mənbələrdən məlumat alması ilə bağlı verdiyi açıqlama onun respublikaya potensial hücumdan imtina etdiyini göstərir.

NYT mənbələri həmçinin bildiriblər ki, Misir Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyat başlatmamağa çağıran ölkələr arasında olub.