Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzulayır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:
"Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-də olanda bir sənəd yayımlandı və onlar bunu TRIPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik".