15 yanvar 2026 01:19
90

Tunis millisi yeni baş məşqçisini açıqladı

Tunis millisi yeni baş məşqçisi ilə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, yığmaya Sabri Lamuşinin təyin olunduğu rəsmən açıqlanıb. Fransalı mütəxəssis daha əvvəl istefaya göndərilən Sami Trabelsini əvəzləyib. Yeni baş məşqçinin qarşısında əsas məqsəd yığmanı 2026-cı il Dünya Çempionatına hazırlamaqdır.

Qeyd edək ki, Tunis yığması mundialda Yaponiya, Niderland və UEFA pley-off mərhələsinin qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya) ilə qarşılaşacaq.

Xatırladaq ki, Lamuşi daha əvvəl Fil Dişi Sahili millisini çalışdırıb. Mütəxəssisin karyerasında "Renn" (Fransa), "Nottinqem Forest" (İngiltərə), "Kardiff Siti" (Uels), "Əl-Duhail" (Qətər), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Əl-Diriyah" klubları da var.