14 yanvar 2026 22:58
111

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunları yekunlaşıb

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Lənkəran"a (86:54) "Quba" "Naxçıvan"a (105:98) qalib gəlib.

İkinci oyun günündə "Şəki" doğma azarkeşlər önündə 92:75 hesabı ilə "Sərhədçi"dən güclü olub, "Sumqayıt" basketbolçuları isə səfərdə NTD-yə 116:94 hesabı ilə qalib gələrək, sensasiyaya imza atıblar.

Qeyd edək ki, 1/4 final matçları ("Sabah"-"Quba", "Abşeron Lions"-"Şəki", "Gəncə"-"Neftçi", "Ordu"-"Sumqayıt") 18-22 fevral tarixlərində Bakı İdman Sarayında keçiriləcək.