Türkiyənin “Fənərbağça” komandası futbolçusu Yussuf En-Nesiri ilə yollarını ayıracaq.
“İki sahil” xəbər verir ki, mərakeşli hücumçu baş məşqçi Domeniko Tedeskonun heyət planlarında yer almır.
28 yaşlı hücumçu ilə İngiltərənin “Everton” klubu yaxından maraqlanır. Liverpul təmsilçisi oyunçunu icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, "Fənərbağça" Yussuf En-Nesirini ötən ilin yayında İspaniyanın "Sevilya" klubundan 19,5 milyon avroya transfer edib.