14 yanvar 2026 12:41
160

Ən yaxşı fransalı baş məşqçinin adı açıqlanıb

2025-ci ilin ən yaxşı fransalı baş məşqçisi açıqlanıb.

“İki sahil” xəbər verir ki, "France Football"un sorğusuna əsasən "Lill"də işləyən Bruno Jenezio 53 xalla birinci olub.

İngiltərə təmsilçisi "Sanderlend"in baş məqşçisi Rejis Le Bri 36 xalla ikinci yeri tutub.

"Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Sonya Bompastor 24 xalla ilk "3-lüy"ü qapayıb.