“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 247-ə çatıb.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 12 müraciətə baxılıb və onlardan 9-na “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“İki sahil” xəbər verir ki, “Startap” şəhadətnamələri "Mountai Group" MMC-nin neft və qaz sənayesində süni intellekt əsaslı analitika və rəqəmsal həll, “JFB Tech" MMC-nin humanoid robotlar üçün proqram təminatının hazırlanması və istehsalı, "Castingaz" MMC-nin onlayn kastinq platforması, "Smile Tour" MMC-nin səyahət və turizm xidmətləri üçün marketpleys, "Markpro Group" MMC-nin Aİ dəstəkli rəqəmsal marketinq platforması, "Buta Xidmət" MMC-nin onlayn sosial sahibkarlıq platforması, Əfqan Mehdixanovun süni intellekt əsaslı turizm platforması, Nurlan Kurbanovun Aİ dəstəkli rəqəmsal müştəri loyallıq platforması, Seymur Rzayevin “Agile” modelinə əsaslanan onlayn idarəetmə platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib
AYİB 2025-ci ilin sonuna Azərbaycandakı layihə portfeli barədə məlumat təqdim edib
"S&P" Azərbaycan Biznesin İnkişafı Fondunun birləşmədən sonra ilk reytinqini açıqlayıb
Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb