Hazırda Azərbaycanda beşdən çox uşağa görə 2 898 nəfər qadın sosial müavinət alır.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə görə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağın 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb