12 yanvar 2026 02:02
86

"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi olub

"Barselona" tarixində 16-cı dəfə futbol üzrə İspaniya Superkubokunun qalibi olub.

“İki sahil” xəbər verir ki, turnirin finalında kataloniyalılar əzəli rəqibləri olan paytaxtın "Real" klubunu 3:2 hesabı ilə üstələyiblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş "El Klasiko"da hesabı 36-cı dəqiqədə "Barsa"nın oyunçusu Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius "Real"ın bərabərlik qolunu vurub. Lakin bundan iki dəqiqə sonra Levandovski yenidən kataloniyalıları hesabda öndə çıxarıb. Buna baxmayaraq, Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə komandasının bərabərlik qolunu vurub. "Barsa"nın qələbə qolunu 73-cü dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubunu (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.