11 yanvar 2026 17:10
143

Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın Antalya toplanışına 15 yaşlı Əli Bəşirovu da aparıb.

“İki sahil” xəbər verir ki, gənc yarımmüdafiəçi "Qarabağ"ın U-19 və Azərbaycanın U-16 millisinin üzvüdür.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində  yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək. Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.