11 yanvar 2026 16:07
155

Beyləqanda 15 yaşlı qıza qarşı seksual hərəkətlər edilməsi ilə bağlı beş nəfər saxlanılıb

"Qaynar xəttimizə müraciət daxil olub. 2011-ci il təvəllüdlü qız üç nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb".

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.

“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub.

"Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə beş nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir", - DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.