10 yanvar 2026 22:35
136

Superkuboku "Fənərbaxça" qazandı

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, final matçında əzəli rəqiblər -  "Qalatasaray"la "Fənərbaxça" üz üzə gəlib.

İstanbul derbisi Atatürk Olimpiya Stadionunda keçirilib. Görüşdə "Fənərbaxça" 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb. 

Qeyd edək ki, "Qalatasaray" yarımfinalda, "Trabzonspor"u, "Fənərbaxça" isə "Samsunspor"u üstələmişdi.

Türkiyə Superkuboku

Final

10 yanvar

19:45. “Qalatasaray” 0-2 “Fənərbaxça”

Qollar: Matteo Guendouzi, 28, Ceyden Ostervolde, 48