10 yanvar 2026 19:12
162

ABL-nin XII turunda daha bir matç keçirilib

Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib.

“İki sahil” xəbər verir ki, A qrupunda "Neftçi" "Şəki" ilə üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan matç "Neftçi"nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:81), "Sabah" isə NTD-ni (121:76) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.