09 yanvar 2026 21:44
179

Kənan Yıldız "Yuventus"un ən yaxşısı seçildi

Türkiyə millisinin gənc ulduzu Kənan Yıldız "Yuventus"da uğurlu çıxışı ilə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, futbolçu İtaliya təmsilçisinin heyətində ardıcıl ikinci dəfə ayın oyunçusu seçilib.

Qeyd edək ki, 20 yaşlı hücumçu noyabr ayından sonra dekabrda da komandasının ən dəyərli futbolçusu adına layiq görülüb. Beləliklə, Kənan ardıcıl ikinci dəfə bu mükafatın sahibi olub.

Xatırladaq ki, bu mükafat gənc oyunçunun həm klub, həm də milli komanda səviyyəsində gələcək vəd edən performansının göstəricisi kimi qiymətləndirilir.