Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin "Esyasoft" şirkəti tərəfindən birgə icra olunan "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinə rəsmi olaraq start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə panel müzakirələri və layihənin təqdimat baş tutub. Görüş zamanı layihənin "Azəriqaz"a, müştərilərə və ümumilikdə qaz təsərrüfatının idarə olunmasına verəcəyi dəyərlər, tətbiq olunacaq rəqəmsal texnologiyalar və mərhələli icra planı barədə məlumat təqdim olunub.
Layihə qaz şəbəkəsinin idarə olunmasında şəffaflığı, operativliyi və müasir texnoloji həllərin tətbiqini gücləndirməklə "Azəriqaz"ın rəqəmsal transformasiyasında mühüm rol oynayacaq.