09 yanvar 2026 09:16
151

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlandı

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb.