08 yanvar 2026 11:46
149

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "İki sahil"ə bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. 

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.