08 yanvar 2026 02:02
185

Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çıxıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Belçikada yerli "Lindemans" kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və "Xilasedici" Çelenc Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.