07 yanvar 2026 21:00
176

Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb

Bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək.