Nyu-Yorkda Venesuela prezidenti Nikolas Maduronun saxlanıldığı istintaq təcridxanasının binasının ətrafında gücləndirilmiş polis patrulları dayanıb, vəziyyət gərgin olaraq qalır.
“İki sahil” RIA Novosti-yə istinadla xəbər verir ki, təcridxananın girişində ən azı dörd polis maşını yerləşdirilib. Hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir və hadisə yerində çoxsaylı jurnalistlər də var.

Agentlik qeyd edir ki, hələlik Maduro-nun təcridxananın hansı korpusunda saxlanıldığı məlum deyil.
"The Washington Post" bildirir ki, Venesuela prezidentinə Nyu-York məhkəməsində bu gün ittihamlar elan olunacaq.

İspaniya, Braziliya, Çili, Kolumbiya, Meksika və Uruqvay hökumətləri ABŞ-ın əməliyyatını pisləyən birgə bəyanat yayıblar.
ABŞ-ın Venesuelaya müdaxiləsi həmçinin Rusiya, Çin, Fransa, Braziliya, Kolumbiya və digər bir sıra ölkələr tərəfindən də pislənib.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp