05 yanvar 2026 12:59
172

Bayden bu qədər pensiya alırmış - ABŞ TARİXİNDƏ İLK

ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkə tarixində eks-prezidentlər üçün nəzərdə tutulan ən yüksək dövlət pensiyası alır - ildə 417 min dollar.

“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" (NYP) tabloidi məlumat yayıb.

Baydenin pensiyası onun prezident maaşını da üstələyir - prezident kimi o, ildə 400 min dollar qazanırdı. NYP-nin məlumatına görə, Co Baydenə təyin olunan pensiya ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın aldığı analoji ödənişlərdən iki dəfə çoxdur.

Milli Vergiödəyiciləri Fondunun vitse-prezidenti Demian Bredinin sözlərinə görə, 83 yaşlı Bayden bu qədər yüksək ödənişləri siyasətdə uzunmüddətli fəaliyyəti sayəsində alır.

O, ümumilikdə Senatda və vitse-prezident vəzifəsində 44 il çalışıb və buna görə də bir neçə mənbədən pensiya ödənişi alır.