05 yanvar 2026 12:26
189

F-35 təyyarələrini Türkiyəyə verilməsi NATO-nun təhlükəsizliyi üçün zəruridir - Ərdoğan

Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə yazılı müsahibəsində danışıb.

O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.

"ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir".