05 yanvar 2026 11:27
162

Cəlilabadda 77 yaşlı qadın YANARAQ ÖLDÜ

Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb.

“İki sahil” xəbər verir ki, rayon sakini - 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb.

Nəticədə qadın yanaraq ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.