Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 242,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir. Bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 10,1 milyon ABŞ dolları və yaxud 4,3 % çoxdur.
11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib
“Azneft” İB 106 saylı orta məktəbdə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası keçirib
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir