27 dekabr 2025 22:22
576

YAP Daşkəsən rayon təşkilatının fəalları işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının fəalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər. 

“İki sahil” xəbər verir ki, iştirakçılar bu şəhərlərin tarixi, milli-mədəni görkəmi və erməni işğalından azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa işləri ilə tanış olublar. Onlar səfər zamanı keçirdikləri qürur hisslərini ifadə ediblər.