26 dekabr 2025 18:32
133

İcraçı direktor: İnvestisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması strateji vəzifədir

Qarşıda duran əsas çağırışlara gəldikdə isə, qlobal maliyyə bazarlarında artan qeyri‑müəyyənliklər, geosiyasi risklər, enerji keçidi və uzunmüddətli perspektivdə neft gəlirlərinin azalması fonunda Fondun aktivlərinin real dəyərinin qorunması və artırılması əsas prioritetlərdən biri olaraq qalır.

Bunu ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil” qəzetinə özəl müsahibəsində diqqətə çatdırıb.

İsrafil Məmmədov bildirib k, eyni zamanda fiskal ehtiyaclar və gələcək nəsillər üçün yığım məqsədləri arasında balansın saxlanılması, eləcə də investisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması Fondun qarşısında duran mühüm strateji vəzifələr sırasındadır.

Yaqut Ağaşahqızı, “İki sahil”