26 dekabr 2025 18:30
138

İsrafil Məmmədov: Son illər Neft Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olub

Son illər Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olmuşdur. Bu çərçivədə 1,35 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən Suveren Fondların Beynəlxalq Forumunun ən aktiv üzvlərindən biri olan nüfuzlu institusional investor - Çin İnvestisiya Korporasiyası, eləcə də, 300 milyard ABŞ dollarından artıq həcmdə vəsaiti idarə edən, Səudiyyə Ərəbistanının Dövlət Sosial Sığorta Təşkilatı və Dövlət Pensiya Agentliyinin birləşməsi nəticəsində yaranmış və dünyanın 10 ən böyük pensiya fondları sırasında yer alan Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarını xüsusi qeyd etmək olar. Belə ki, aparıcı qlobal investisiya təşkilatları olan Çin İnvestisiya Korporasiyası və Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarının imzalanması potensial birgə investisiya imkanlarının müəyyənləşdirilməsi, qabaqcıl təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil” qəzetinə müsahibəsində vurğulayıb.

İcraçı direktor diqqətə çatdırıb ki, bu memorandumlar Fondun qlobal investisiya ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcəkdə konkret layihələr üzrə əməkdaşlıq üçün institusional baza formalaşdırır.

Yaqut Ağaşahqızı, “İki sahil”