Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür. Beynəlxalq idman tədbirində rekord sayda şahmatçı iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bunu Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka brifinqdə deyib.
Qeyd olunur ki, dünya çempionatında 400 kişi və qadın şahmatçı yarışacaq. Onlar arasında Nyu-Yorkda blits üzrə dünya çempionatının qalibi Maqnus Karlsen, rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar Turnirinin qalibi Dommaracu Qukeş, 2024-cü il blits üzrə dünya çempionu Yan Nepomnyaşşiy, Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk, qadın şahmatçılardan qadınlar üzrə sabiq çempion, dünya üzrə reytinq cədvəlində 2507 xalla ikinci yerin sahibi Tan Çjunyi, dünya reytinqində 5-ci yerin sahibi Bibisara Usubayeva və başqa tanınmış şahmatçılar vardır.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytının məlumatına görə, Azərbaycan mundialda 14 şahmatçı ilə təmsil olunacaq. Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Dekabrın 30-da yekunlaşacaq turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var