25 dekabr 2025 21:54
113

Görüblər ki, uşaq orada bükülü vəziyyətdədir - AİLƏNİN YAXINI DANIŞDI

Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.

“İki sahil” xəbər verir ki, ailənin yaxını hadisənin təfərrüatını danışıb.

“Maşın çöldə olub. Hüseynağa orada işləyirmiş. Bolt lazım olub, qayıdıb ki, zirzəmidən götürsün. 3-4 dəqiqənin içində gəlib, görüb ki, maşının içi tüstüdü. Uşaq qabaqda oturubmuş. Qapını açıb ki, uşaq orada yoxdu. Maşın alovlanıb, dəhşətli alov olub. Qabaqda tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdu. Digər tərəfdən şüşəni vurub əli ilə sındırıb. Sonra qonşuların köməyi ilə arxa qapını açıblar. Görüblər ki, uşaq orada bükülü vəziyyətdədir. Baş hissəsi yanmışdı”, - deyə o əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı “İctimai TV”nin süjetində: