Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında həlak olan liviyalı hərbçilərin adlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, məlumata əsasən, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Həddad, Quru Qoşunlarının komandanı, general-leytenant Futuri Qribel, Hərbi Zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteyvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Assavi və fotoqraf Məhəmməd Omar Əhməd Mahcuba həlak olub.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından Liviyaya başsağlığı verilib.
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək