Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib