23 dekabr 2025 20:47
97

ABŞ Çin çiplərinə tətbiq ediləcək rüsumları təxirə salıb

ABŞ Çin istehsalı olan çiplərə yüksək rüsumların tətbiqini 2027-ci ilə qədər təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bu rüsumlar 2027-ci ilin iyun ayından qüvvəyə minə bilər və onların məbləği 30 gün əvvəl açıqlanacaq.

ABŞ hakimiyyəti bildirir ki, Çinin yarımkeçirici sənayesində üstünlük qazanmaq istəyi ABŞ ticarətinə zərər verir və buna görə tədbirlər görülməlidir.

Mütəxəssislərin fikrincə, rüsumların gecikdirilməsi ABŞ ilə Çin arasında ticarət gərginliyini azaltmaq və razılaşma tapmaq istəyi ilə bağlıdır.

Bundan əvvəl Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoymuşdu. Bu metallardan bir çox texnoloji şirkətlər, o cümlədən ABŞ şirkətləri asılıdır.

Çin hakimiyyəti ABŞ-ın bu qərarına hələlik münasibət bildirməyib.