Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib. "Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub.
Nəticədə xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib