23 dekabr 2025 13:57
95

Əsəd Moskvada HARADA YAŞAYIR?

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyadan sığınacaq aldıqdan sonra "Four Seasons" otelində, Moskva-Sitidə yerləşən “Federasiya” qülləsindəki iki mərtəbəli penthausda, həmçinin Rublyovkada yaşayıb.

“İki sahil” xəbər verir ki,  bu məlumatı mənbələrə istinadən ABŞ-ın The New York Times qəzeti yayıb.

Məqalədə iddia olunur ki, Əsədin ailəsi xüsusi xidmət orqanları tərəfindən mühafizə olunur.

“Əsədin qızlarının fəaliyyətinə nəzər saldıqda, ailənin əhəmiyyətli sərvətini qoruyub saxladığı görünür”, — deyə materialda qeyd olunur.

Nəşrdə, həmçinin bir suriyalı qaçqının Moskva-Sitidə, 62-ci mərtəbədə yerləşən Sixty restoranında Əsədlə görüşməsi barədə də məlumat verilir.