23 dekabr 2025 11:37
98

Könüllü gedənə 3 min dollar təklif edilir

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ilin sonunadək ölkəni könüllü tərk edəcək qanunsuz miqrantlara ödəniləcək vəsaiti min dollardan 3 min dollara qədər artırıb.

“İki sahil” xəbər verir ki, CBS News telekanalının məlumatına görə, ölkəni tərk etdiyi üçün kompensasiya almaq istəyənlər “CBP Home” tətbiqində qeydiyyatdan keçməlidir. Onlar, həmçinin 2025-ci il dekabrın 31-dək Birləşmiş Ştatları tərk etsələr, pulsuz təyyarə bileti də ala biləcəklər.

Nazirliyin açıqlamasına görə, miqrantlara əlavə ödənişlər deportasiyaları sürətləndirmək və xərcləri azaltmaq məqsədi daşıyır. ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin hesablamalarına əsasən, qanunsuz miqrantın tutulması, saxlanılması və deportasiya edilməsi ölkəyə orta hesabla təxminən 17 min dollara başa gəlir.

ABŞ-ın hakimiyyət orqanları 2025-ci ildə 1,9 milyon miqrantın könüllü olaraq ölkəni tərk etdiyini bildirib.